Cövşən | Ərəbcə-Azərbaycanca (97)

1. Ey eyni anda bütün səsləri bir-birinə qarışmaradan eşidən.
2. Ey bir işi görməsi başqa bir işi görməsinə mane olmayan.
3. Ey bir söz digərinə mane olmadan kainatdakı bütün varlıqlarla eyni anda danışan.
4. Ey birini digərinə qarışdırmadan bütün dua və istəklərə cavab verən.
5. Ey israrla və davamlı olaraq istəyən qullarının istəklərindən usanmayan.
6. Ey möminlərin qəlblərini İslamla genişlədən.
7. Ey zikri təvazökar və səmimi qəlb sahiblərinin qəlblərini təmizləyən.
8. Ey Onu arzulayanların qəlblərindən yox olmayan.
9. Ey Onu istəyənlərin ən böyük arzusu.
10. Ey aləmdə heç bir şey Ondan gizli qalmayan Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!