Cövşən | Ərəbcə-Azərbaycanca (87)

1. Ey günahları üçün və Ona olan məhəbbətlərindən ötrü ağlayanların sevgilisi.
2. Ey Ona təvəkkül edənlərin sığınacağı.
3. Ey haqq yolundan azanları hidayətə çatdıran.
4. Ey möminlərin dostu və sahibi.
5. Ey Onu zikr edənlərin munisi.
6. Ey bütün güclülərdən daha güclü.
7. Ey bütün görənlərdən daha yaxşı görən.
8. Ey bütün elm sahiblərindən daha elmli.
9. Ey biçarə qulların sığınacağı.
10. Ey yardımı bütün yardımlardan üstün olan və bütün yardımçıların da yardımçısı olan Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!