Cövşən | Ərəbcə-Azərbaycanca (11)

1. Ey dara düşəndə və sıxıntı anında mənə arxa olan.
2. Ey müsibət zamanı ümid yerim.
3. Ey tənha olduğum an mənə yoldaşlıq edən.
4. Ey qürbətdə və yalnızlıq anında məni himayə edən.
5. Ey sahib olduğum nemətlərin həqiqi sahibi olan dostum.
6. Ey kədərli anımda qəm qüssəmi dağıdan.
7. Ey dara düşəndə yardımıma gələn.
8. Ey çətin anlarda pənah apardığım.
9. Ey qorxduğum an mənə yardım edən.
10. Ey çıxılmaz vəziyyətlərdə mənə yol göstərən Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!