Cövşən | Ərəbcə-Azərbaycanca (5)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey sonsuz mərhəmət sahibi olan Hənnan.
2. Ey həqiqi yaxşılıq və ehsanı çox olan Mənnan.
3. Ey qullarının hər bir əməlinin mükafatını verən Dəyyan.
4. Ey bağışlaması çox olan Gufran.
5. Ey qullarına doğru yolu göstərən Bürhan.
6. Ey həqiqi səltənət sahibi Sultan.
7. Ey bütün qüsur və nöqsan sifətlərdən uzaq olan Sübhan.
8. Ey hər kəsin kömək umduğu Müstəan.
9. Ey qullarına saysız nemət verən və onlara fikirlərini ifadə etmə qabiliyyəti verən nemət və bəyan sahibi.
10. Ey rahatlıq və əmin-amanlıq bəxş edən Əman Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!