Cövşən | Ərəbcə-Azərbaycanca (98)

1. Ey elmi hər şeydən əvvəl var olan.
2. Ey vədində doğru olan.
3. Ey lütfü açıq-aşkar olan.
4. Ey əmr və iradəsi hər yerdə üstün olan.
5. Ey kitabı möhkəm olan.
6. Ey hökmü hər yerdə keçən.
7. Ey Quranı şərəfli və uca olan.
8. Ey səltənəti və mülkü qədim olan.
9. Ey fəzilət və səxavəti daimi olan.
10. Ey Ərşi böyük olan Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!