Cövşən | Ərəbcə-Azərbaycanca (96)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey səbəbləri yaradan Musəəbbib.
2. Ey itaətkar quularını özünə yaxınlaşdıran Muqarrib.
3. Ey baş verən hadisələri izləyənvə hikmətlə bir-birinə bağlayan Muaqqib.
4. Ey qullarının qəlblərini bir haldan başqa hala salan Muqallib.
5. Ey hər şeyə ölçü qoyan Muqaddir.
6. Ey hər şeyi nizama salan Murəttib.
7. Ey qullarını yaxşılığa təşviq edən Murağğib.
8. Ey qullarına öyüd-nəsihət verən Muzəkkir.
9. Ey məxluqatı var edən Mukavvin.
10. Ey sonsuz böyüklük və əzəmət sahibi Mutəkəbbir Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!