Cövşən | Ərəbcə-Azərbaycanca (56)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey qullarını çox əfv edən Afuvv.
2. Ey qullarının günahlarını bağışlayan Gafur.
3. Ey itaətkar qullarını çox sevən Vədud.
4. Ey rizası üçün edilən əməlləri hədsiz mükafatla qarşılayan Şəkur.
5. Ey üsyankarları cəzalandırmaqda tələsməyib, səbr istəyənlərə səbr verən Sabur.
6. Ey böyük şəfqət sahibi olan Rauf.
7. Ey qullarına qarşı çox mərhəmətli olan Atuf.
8. Ey məxluqatı maddi və mənəvi kirlərdən təmizləyən Quddus.
9. Ey həqiqi həyat sahibi olan Hayy.
10. Ey göyləri, yeri və bütün məxluqatı var edən və yaşadan Qəyyum Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!