Cövşən | Ərəbcə-Azərbaycanca (4)

1. Ey izzət və gözəlliyin həqiqi sahibi.
2. Ey səltənət və böyüklüyün həqiqi sahibi.
3. Ey qüdrət və kamilliyin həqiqi sahibi.
4. Ey ən böyük və ən uca olan.
5. Ey əzabı şiddətli olan.
6. Ey cəzası şiddətli olan.
7. Ey hesabı sürətli olan.
8. Ey qullarını ən gözəl şəkildə mükafatlandıran.
9. Ey hər şeyin yazıldığı Kitabın sahibi.
10. Ey yağışla dolu buludları var edən Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!