Cövşən | Ərəbcə-Azərbaycanca (40)

1. Ey yaradıb nizama salan.
2. Ey hər şeyi maddi və mənəvi ölçülərlə planlayıb icra edən.
3. Ey bəlaları aradan qaldıran.
4. Ey gizli yalvarışları və duaları eşidən.
5. Ey bəla və müsibətlərə düçar olmuşları xilas edən.
6. Ey həlak olanlara nicat verən.
7. Ey xəstlərə şəfa verən.
8. Ey öldürən və dirildən.
9. Ey güldürən və ağladan.
10. Ey haqq yoldan azdıran və doğru yola hidayət edən Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!