Cövşən | Ərəbcə-Azərbaycanca (33)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey isim, sifət və fellərində şəriki olmayan Vahid.
2. Ey hər şeyi yoxdan var edən Vacid.
3. Ey hər yerdə hazır olan Şahid.
4. Ey sonsuz şan və uca məqam sahibi Məcid.
5. Ey bütün işlərini əzəli himətilə nəticələndirən Rəşid.
6. Ey qullarına peyğəmbərlər gönədərn və ölüləri dirildən Bais.
7. Ey bütün mülk və sərvətlərin həqiqi sahibi Varis.
8. Ey hikmətinə əsaslanaraq ağrı-acı və zərəzverici şeyləri yaradan Darr.
9. Ey xeyir və mənfəətli şeyləri yaradan Nafi.
10. Ey qullarına hidayət edən Hadi Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!