Cövşən | Ərəbcə-Azərbaycanca (49)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey qullarına nemət bəxş edən Munavvil.
2. Ey bütün çətinlikləri həll edən və haqla batili bir-birindən ayıran Mufassil.
3. Ey istədiyini istədiyi şəkildə dəyişdirən Mubəddil.
4. Ey çətin işləri asanlaşdıran Musəhhil.
5. Et istədyini zəlil edən məxluqatına boyun əydirən Muzəllil.
6. Ey mələkləri, kitabları və bəlaları nazil edən, istədiyinin dərəcəsini aşağı salan Munəzzil.
7. Ey kainatda bütün işləri idarə edən və qullarını hakdan-hala salan Muhavvil.
8. Ey hər şeyi münasib şəkildə gözəlləşdirən Mücəmmil.
9. Ey hər şeyi kamilləşdirən Mukəmmil
10. Ey istədiyini istədiyindən üstün tutan Mufaddil Rəbbimiz.

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!