Cövşən | Ərəbcə-Azərbaycanca (26)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey məxluqatına gözəl surət verən Musavvir.
2. Ey hər şeyi ölçüb-biçən Muqaddir.
3. Ey hər şeyi maddi və mənəvi pisliklərdən təmizləyən Mutahhir.
4. Ey nuru ilə hər şeyi nurlandıran Munavvir.
5. Ey istədiyini önə keçirən, şərəfləndirən Muqaddim.
6. Ey istədiyini geridə qoyan, gecikdirən Muaxxir.
7. Ey çətinlikləri asanlaşdıran Muyəssir.
8. Ey qullarını əzabı ilə qorxudan Munzir.
9. Ey qullarını Cənnət və digər mükafatlarlarla müjdələyən Mubəşşir.
10. Ey bütün kainatı mükəmməl nir nizam içində idarə edən Mudəbbir Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!