Cövşən | Ərəbcə-Azərbaycanca (83)

1. Ey ailəyə və övlada ehtiyacı olmayan.
2. Ey mülk və səltənətində heç kəsi özünə şərik etməyən
3. Ey hər şeydə bir ölçü təyin edən.
4. Ey şəfqət və mərhəmətinin sonu olmayan.
5. Ey mələkləri öz elçisi edən.
6. Ey göydə bürclər yaradan.
7. Ey yer üzünü məxluqatı üçün bərqərar edən.
8. Ey insanı bir damla sudan yaradan.
9. Ey hər şeyin hesabını dəqiq bilən.
10. Ey hər şeyi elmi ilə əhatə edən Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!