Cövşən | Ərəbcə-Azərbaycanca (89)

1. Ey hər kəsin ehtiyacına kifayət edən Kafi.
2. Ey hər şeyi idarə edən Qaim.
3. Ey heç bir şey özünə bənzəməyən.
4. Ey mülkündə iradəsi xaricində heç bir şey artmayan, çoxalmayan.
5. Ey xəzinələrindən heç bir şey azalmayan.
6. Ey heç bir şey ondan gizli qalmayan.
7. Ey misli-bərabəri olmayan.
8. Ey hər şeyin açarlarına sahib olan.
9. Ey rəhməti hər şeyi əhatə edən.
10. Ey hər şey fani olduğu halda Özü əbədi qalan Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!