Cövşən | Ərəbcə-Azərbaycanca (57)

1. Ey səmada əzəməti görünən.
2. Ey yerdə əlamətləri və nişanələri əksini tapan.
3. Ey hər şeydə dəlilləri mövcud olan.
4. Ey dənizdə möcüzələri mövcud olan.
5. Ey məxluqatı yoxdan yaradıb öldükdən sonra yenidən dirildən.
6. Ey dağlardakı xəzinələrin sahibi.
7. Ey yaratdığı hər şeyi ən gözəl surətdə yaradan.
8. Ey hər şeydə hökm sahibi olan.
9. Ey hər şeydə lütfü açıq şəkildə görünən.
10. Ey məxluqatına qüdrətini tanıdan Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!