Cövşən | Ərəbcə-Azərbaycanca (43)

1. Ey qorxanların qaçıb pənah apardıqları.
2. Ey günahkarların sığınacağı.
3. Ey tövbə edənlərin üz tutduğu.
4. Ey asilərin pənah yeri.
5. Ey zahidlərin rəğbət yeri.
6. Ey xətalıların ümid bəslədiyi.
7. Ey arzulayanların ünsiyyət tapdığı.
8. Ey yaxşılıq edənlərin iftixarı.
9. Ey təvəkkül edənlərin güvəndiyi.
10. Ey iman edənlərin rahatlıq tapdığı Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!