Cövşən | Ərəbcə-Azərbaycanca (8)

1. Ey həmd və səna sahibi.
2. Ey şərəf və uca məqam sahibi.
3. Ey sonsuz təriflərə layiq, uca məqamların və gözəlliklərin sahibi.
4. Ey əhdinə sadiq vəfa sahibi.
5. Ey əfv və riza istəyənləri əfv edib razı salan.
6. Ey yaxşılıq və əta sahibi.
7. Ey söz və hökm sahibi.
8. Ey izzət və əbdiyyət sahibi.
9. Ey səxavət və bol nemət sahibi.
10. Ey fəzilət və nemətlərin sahibi Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!