Cövşən | Ərəbcə-Azərbaycanca (95)

1. Ey Ona səslənənlərin duasını eşidən.
2. Ey Ona itaət edənləri sevən.
3. Ey Onnu sevənlərə yaxın olan.
4. Ey Onu arzulayanları çox yaxşı bilən.
5. Ey Ona ümid edənlərə yaxşılıq edən.
6. Ey Ona üsyan edənlərə həlim davranan.
7. Ey günahkarları cəzalandırmaqda tələsməyib hikmətli davranan.
8. Ey hökmündə böyük olan.
9. Ey əzəmətində mərhəmətli olan.
10. Ey yaxşılıq və səxavəti əzəli və əbədi olan Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!