Cövşən | Ərəbcə-Azərbaycanca (91)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey bəlaları aradan qaldıran və gözəllikləri aşkar edən Kaşif.
2. Ey qullarını kədər və qəmdən azad edən Faric.
3. Ey rəhmət qapılarını açan və zəfərlər bəxş edən Fatih.
4. Ey qullarına yardım edən Nasir.
5. Ey məxluqatın hər cür ehtiyacıc qarşılayan Damin.
6. Ey hər şeyə əmri keçən Amir.
7. Ey hır cür pisliklərdən çakindirən Nahi Rəbbimiz!
8. Ey qullarının ümidi olan Rəca.
9. Ey qullarının ümid bəslədiyi Mürtəca.
10. Ey böyük ümidlər bəslənilən Azimur-Rəca Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!