Cövşən | Ərəbcə-Azərbaycanca (42)

1. Ey qüdrətini göstərmək üçün qullarına yer üzünü gəzib dolaşmağı əmr edən və onlar üçün quruda və dənizdə yollar açan.
2. Ey kainatda varlığının əlamətləri, ayələri olan.
3. Ey ayələrində dəlili olan.
4. Ey ölümlərdə qüdrəti təcəlli edən.
5. Ey izzəti və ucalığı qəbirlərə də sirayət edən.
6. Ey Qiyamət günü səltənəti təzahür edən.
7. Ey hesab günündə heybəti və böyüklüyü hər kəsi qorxudan.
8. Ey hesab və günah tərəzisində hökm sahibi olan.
9. Ey cənnətdə rəhməti olan.
10. Ey atəşdə əzabı olan Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!