Cövşən | Ərəbcə-Azərbaycanca (76)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey qullarına yardım edən Muin.
2. Ey açıqlaması lazım olan hər şeyi bəyan edən və varlığına şübhə edilməyən Mubin.
3. Ey vədində və sözündə əmin olan, qullarına əmin-amanlıq və rahatlıq verən Əmin.
4. Ey səltənəti möhkəm, nüfuz və iqtidar sahibi Məkin.
5. Ey qüvvət və qüdrəti çox olan Mətin.
6. Ey əzab və caəzası çiddətli olan Şədid.
7. Ey qullarının etdiklərini görən Şahid.
8. Ey bütün işlərini əzəli təqdirinə görə ən gözəl bir şəkildə sona çatdıran Raşid.
9. Ey ən çox həmd olunan və ən çox həmdə və sənaya layiq olan Hamid.
10. Ey sonsuz şərəf sahibi Məcid Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!