Cövşən | Ərəbcə-Azərbaycanca (64)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey çox əfv edən Gaffar.
2. Ey bütün eyibləri örtən Səttar.
3. Ey hər çeyə qalib gələn və bütün düşmənlərini qəhr edən Qəhhar.
4. Ey dilədiyini etməyə qadir olan Cabbar.
5. Ey çox səbr edən və qullarına səbr gücü verən Sabbar.
6. Ey ruziyə möhtac olanların ruzisini verən Rəzzaq.
7. Ey hər şeyi hikmətlə açan Fəttah.
8. Ey hər şeyi çox yaxşı bilən Alləm.
9. Ey saysız ehsan və mükafat verən Vəhhab.
10. Ey bütün tövbələri qəbul edən Təvvab.

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!