Cövşən | Ərəbcə-Azərbaycanca (80)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey həqiqi ədalət sahibi Adil.
2. Ey rizası üçün edilən işləri qəbul edən Qabil.
3. Ey hər şeydən üstün və uca olan Fadil.
4. Ey hər işin həqiqi yardıcısı olan Fail.
5. Ey yaratdıqlarının ruzisini verən və həyatlarını təmin edən Kafil.
6. Ey hər şeyi meydana gətirən Cail.
7. Ey hər yöndən qüsursuz olan Kamil.
8. Ey məxluqatı yoxluq qaranlıqlardan varlıq nuruna çıxaran Fatir.
9. Ey qulları üçün xeyir diləyən və onları dəgahına çağıran Talib.
10. Ey qulların rizasına çatmaq və camalını görmək üçün can attığı Mətlub Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!