Cövşən | Ərəbcə-Azərbaycanca (13)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey uca və ulu məqam sahibi Cəlil.
2. Ey hər şeyə gözəllik verən Cəmil.
3. Ey Ona güvənən qullarının işini ən yaxşı şəkildə yoluna qoyan Vəkil.
4. Ey qulların gücü çatmayan işlərini öz üzərinə götürən Kəfil.
5. Ey qullarına yol göstərən Dəlil.
6. Ey qullarının xəta və səhvlırini bağışlayan Muqil.
7. Ey hər şeydən xəbərdar olan Xəbir.
8. Ey lütf və kərəmi bol olan Lətif.
9. Ey sonsuz izzət sahibi Əziz.
10. Ey bütün mövcudatın həqiqi sahibi və hökmdarı olan Məlik Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!