Cövşən | Ərəbcə-Azərbaycanca (45)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey hər şeydən daha yaxın olan Qarib.
2. Ey bütün məxluqatına nəzarət yetirən Raqib.
3. Ey möminlərin sevgilisi olan Həbib.
4. Ey qulllarının cavab verən Mucib.
5. Ey qullarının bütün əməllərinin hesabını aparan və axirətdə də hesaba çəkəcək Hasib.
6. Ey bütün dərdlərə dəva Təbib.
7. Ey hər şeyi bütün incəlikləri ilə görən Basir.
8. Ey mülkündəki hər şeydən xəbərdar olan Xabir.
9. Ey hər şeyi nuruyla aydınladan Munir.
10. Ey qullarına lazım olan hər şeyi açıqlayan və varlığında heç bir şübhə olmayan Mubin Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!