Cövşən | Ərəbcə-Azərbaycanca (59)

1. Ey Ona təvəkkül edənlərin bütün ehtiyaclarına kifayət edən Kafi.
2. Ey Ondan hidayət istəyənlərə hidayət verən Hadi.
3. Ey dərgahına sığınanları himayəsinə alan Kali.
4. Ey Ona dua edənləri cənnətinə dəvət edən Dai.
5. Ey xəstələrin dərdlərinə şəfa olan Şafi.
6. Ey hökm edənlərin ən mükəmməli, hər kəsin ehitaycıcı qarşılayan Qadi.
7. Ey maddi və mənəvi zənginlik istəyənləri zənginləşdiərn Mugni.
8. Ey ehtiyacı olanların ehtiyaclarını təmin edən Mufi.
9. Ey qüvvət istəyənlərə qüvvət verən Muqavvi.
10. Ey dostluq və himayəsini istəyənlərin dostu və himayədarı olan Vəliy Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!