Cövşən | Ərəbcə-Azərbaycanca (61)

1. Ey gecə və gündüzü növbə ilə dəyişdirən.
2. Ey zülmət və nuru yaradan.
3. Ey kölgələri və hərarəti meydana gətirən.
4. Ey günəşi və ayı əmrinə tabe edən.
5. Ey ölümü və həyatı yaradan.
6. Ey yaratmaq və əmr etmək ixtiyarı əlində olan.
7. Ey ailəyə və övlada etiyacı olmayan.
8. Ey mülkündə şəriki olmayan.
9. Ey səltənətinin idarəsində köməyə ehtiyacı olmayan.
10. Ey güc və qüvvətin həqiqi sahibi olan Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!