Cövşən | Ərəbcə-Azərbaycanca (92)

1. Ey zəiflərin ən güclü dəstəyi.
2. Ey fəqirlərin tükənməz sərvəti.
3. Ey qəriblərin və kimsəsizlərin sahibi.
4. Ey dost qullarının yardımçısı.
5. Ey düşmənləri qəhr edən.
6. Ey göyləri ucaldan.
7. Ey bəlaları dəf edən.
8. Ey övliyanın can yoldaşı.
9. Ey təqva sahiblərinin sevgilisi.
10. Ey sərvət sahiblərinin və sərvətlərin həqiqi İlahı Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!