Cövşən | Ərəbcə-Azərbaycanca (17)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey dünyada qullarını hər cür təhlükədən, Axirətdə isə əzabdan qoruyan Mömin.
2. Ey bütün məxluqatı nəzarəti altında saxlayan Muheymin.
3. Ey bütün məxluqatı yoxdan var edən Mukavvin.
4. Ey bütün yaratdıqlarına dünyadakı vəzifələrini öyrədən Mulaqqin.
5. Ey qulları üçün zəruri hər şeyi bəyan edən Mubəyyin.
6. Ey müsibətləri azaldan çətinlikləri asanlaşdıran Muhəvvin.
7. Ey hər şeyi hikmət və sənətinə layiq şəkildə bəzayən Muzəyyin
8. Ey istədyini ucaldan və qullarına öz böyüklüyünü göstərən Muazzim.
9. Ey hər şeyi cürbəcür rənglərə boyayan Muləvvin Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!