Cövşən | Ərəbcə-Azərbaycanca (21)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey hər bir cəhətdən uca olan Aliyy.
2. Ey sözündə vəfalı olan və vədinə xilaf çıxmayan Vafiyy.
3. Ey möminlərin dostu olan Vəliyy.
4. Ey həqiqi mülk sahibi və heç bir şeyə möhtac olmayan Ganiyy.
5. Ey sonsuz sərvət və tükənməz xəzinələr sahibi Məliyy.
6. Ey hər yöndən təmiz və pak olan Zəkiyy.
7. Ey Ona qulluq edənlərdən razi olan Rədiyy.
8. Ey əsər və ehsanları ilə varlığı açıq şəkildə görünən Bədiyy.
9. Ey hər şeyi incəliklərinə qədər bilən Xəfiyy.
10. Ey güc və qüvvəti sonsuz olan Qaviyy Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!