Cövşən | Ərəbcə-Azərbaycanca (14)

1. Ey çarəsizlərin yol göstəricisi.
2. Ey yardım istəyənlərin yardımçısı.
3. Ey fəryad edənlərin imdadına yetişən .
4. Ey qorunmaq istəyənlərin qoruyucusu.
5. Ey üsyankar günahkarların sığınacağı.
6. Ey günahkarların bağışlayıcısı.
7. Ey qorxu içində olanlara güvən hissi verən.
8. Ey aciz kimsəsizlərə mərhəmət edən.
9. Ey dəhşət anında tənha qalanların dostu.
10. Ey darda qalanların dualarını eşidən Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!