Cövşən | Ərəbcə-Azərbaycanca (62)

1. Ey arzulayanların istəyini bilən.
2. Ey Ondan istəyəblərin bütün ehtiyaclarına sahib olan.
3. Ey qorxaraq titrəyənlərin iniltisini və fəryadını eşidən.
4. Ey Onun qorxusundan ağlayanların halını görən.
5. Ey sükut içində olanların ürəklərindən keçənləri bilən.
6. Ey günahlarından ötrü peşmanlıq hissi keçirənlərin şahidi olan.
7. Ey tövbə edənlərin üzrünü qəbul edən.
8. Ey fitnə-fəsad törədənlərin işini düzəldən.
9. Ey yaxşı əməl sahiblərinin mükafatını zay etməyən.
10. Ey ariflərin qəlblərindən uzaqlaşmayan Rəbbimi!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!