Cövşən | Ərəbcə-Azərbaycanca (67)

1. Ey yeri məxluqatı üçün beşik edən.
2. Ey dağları dirək edən.
3. Ey günəşi kainatın məşəli edən.
4. Ey ayı zülmət gecələrin nuru edən.
5. Ey gecəni örtük edən.
6. Ey gündüzü ruzi qazanmaq vaxtı edən.
7. Ey yuxunu istirahət və rahatlıq vasitəsi edən.
8. Ey səmanı bir bina kimi inşa edən.
9. Ey hər şeyi cüt-cüt yaradan.
10. Ey atəşi Caəhənnəmə girənlər üçün nəzarətçi təyin edən Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!