Cövşən | Ərəbcə-Azərbaycanca (93)

1. Ey hər şeyin əvvəli və sonu.
2. Ey hər şeyin ilahı və sənətkarı.
3. Ey hər şeyin raziqi və xaliqi.
4. Ey hər şeyin yaradıcısı və sultanı.
5. Ey ruzini az verib daraldan və ya çox verib genişlədən.
6. Ey hər şeyi ilk dəfə yaradan və öldükdən sonra yenidən dirildən.
7. Ey hər şey üçün səbəb yaradan və ölçü qoyan.
8. Ey hər şeyi tərbiyə və idarə edən.
9. Ey istədiyi hər bir şeyi hərəkətə gətirən və dəyişdirən.
10. Ey hər şeyi dirildən və öldürən Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!