Cövşən | Ərəbcə-Azərbaycanca (68)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey həqiqi şəfaət sahibi Şafi.
2. Ey gizli və açıq hər səsi eşidən Samil.
3. Ey istədiyinin məqamını ucaldan Rafi.
4. Ey istədiyi hər şeyin qarşısını almağa qadir olan Mani.
5. Ey kainatı ən gözəl bir şəkildə yoxdan yaradan Bədi.
6. Ey hesabı ən sürətli bir şəkildə görən Səri.
7. Ey sevdiklərini Cənnət və müxtəlif mükfatlarla müjdələyən Bəşir.
8. Ey qullarını iatətə sövq etmək üçün əzabı ilə qorxudan Nəzir.
9. Ey sonsuz qüdrət sahibi olan Qadir.
10. Ey hər şeyə gücü çatan Muqtədir.

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!