Cövşən | Ərəbcə-Azərbaycanca (44)

1. Ey bütün yaxınlardan daha yaxın Qarib.
2. Ey bütün sevilənlərdən daha sevimli Həbib.
3. Ey bütün böyüklərdən daha böyük Azim.
4. Ey bütün izzət sahiblərindən daha üstün Aziz.
5. Ey bütün qüvvətlilərdən daha güclü Qaviyy.
6. Ey bütün zənginlərdən daha zəngin Ganniy.
7. Ey bütün səxavətlilərdən daha səxavətli Cavad.
8. Ey bütün şəfqətlilərdən daha şəfqətli Rauf.
9. Ey bütün mərhəmtlilərdən daha rəhimli Rahim.
10. Ey bütün ucalardan daha uca Cəlil Rəbbim!

.Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!