Cövşən | Ərəbcə-Azərbaycanca (32)

1. Ey məğlub edilməz Əziz.
2. Ey rəhmət və şəfqətindən ayrı qalmaq mümkünsüz Lətif.
3. Ey məxluqatına daim nəzarət edən Raqib.
4. Ey yox olmayan Mövcud.
5. Ey sonsuz həyat sahibi Hayy.
6. Ey hər zaman mövcud olan, yox olmayacaq Məlik.
7. Ey fani olmayan əbədi qalacaq Baqi.
8. Ey cəhalətdən uzaq Alim.
9. Ey yemək və içməyə möhtac olmayan Saməd.
10. Ey zəifliyə düçar olmayan qüvvət və qüdrət sahibi Rəbbim!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!