Cövşən | Ərəbcə-Azərbaycanca (1)

Cövşən

Bismilləhir-Rəhmanir-Rəhim

Allahım! Bu adlarınin haqqı üçün Səndən istəyir və Sənə yalvarıram:

1. Ey hər cür nöqsandan uzaq, bütün gözəl isimlərin və uca sifətlərin sahibi olan Allah.
2. Ey dünyada dost və düşmən fərqi qoymadan bütün məxluqatına ruzi verən Rəhman.
3. Ey axirətdə ancaq itaətkar və əməlisaleh qullarına şəfqət edəcək Rəhim.
4. Ey gizli və aşkar olan hər şeyi haqqı ilə bilən Alim.
5. Ey yaratdıqları ilə son dərəcə mülayim rəftar edən Həlim.
6. Ey sonsuz əzəmət və uca məqam sahibi olan Azim.
7. Ey hər şeyi nizam-intizamla yaradan və hər işi hikmətlə görən Hakim.
8. Ey varlığınin əvvəli olmayan Qadim.
9. Ey hər bur varlığı həyatda saxlayan Muqim.
10. Ey yaxşılıq və səxavəti bol olan Kərim Rəbbimiz!

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!