Cövşən | Ərəbcə-Azərbaycanca (29)

Allahım! Bu adların haqqı üçün Səndən istəyir və sənə yalvarıram:

1. Ey varlığı özündən olub, məxluqatı var edən Qaim.
2. Ey varlığının sonu olmayan Daim.
3. Ey məxluqatına mərhəmıt edən Rahim.
4. Ey mövcudatına hökm edən Hakim.
5. Ey hər şeyi bilən Alim.
6. Ey yaratdıqlarını maddi və mənəvi bəlalardan qoruyan Asim.
7. Ey hər şeyi ədalətlə bölüşdürən Qasim.
8. Ey eyib və qüsurlardan uzaq olan Salim.
9. Ey istədyinin maddi və mənıvi ruzisini daraldan Qabid.
10. Ey istədiyinin maddi və mənəvi ruzisini genişlədən Basit Rəbbimiz.

Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik səndən! Qoru bizi cəhənnəmdən!